Pakistanda şiddətli yağışlar insan tələfatına səbəb olubbackend

Pakistanda şiddətli yağışlar insan tələfatına səbəb olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın Bəlucistan əyalətində şiddətli yağışlar və güclü külək evlərin damlarının uçmasına səbəb olub.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, bundan əlavə əyalətdə elektrik enerjisi kəsilib, yolları su basıb. Yolların su altında qalması isə qəzalara səbəb olub. Baş vermiş qəzalar nəticəsində 7 nəfər həlak olub, 20 nəfər isə yaralanıb.

Əyalət baş naziri Mir Əbdül Quddus Bizenconun əmri ilə xilasedicilər 50 ailəyə yardım ləvazimatları çatdırıblar. Sarıab və digər bölgələrdə vətəndaşlara yardımların çatdırılması üçün işlər davam etdirilir.

//Nəzərbəy Hacıağayev, Editor.az