Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, ötən gecə Pakistanın qərbində güclü zəlzələ baş verib – onun maqnitudası 5,4 olub.
Avropalı seysmoloqların məlumatına görə, yeraltı təkanların episentri Bəlucistan əyalətinin Nuşki şəhərindən 68 km şimal-qərbdə yerləşib.
Zəlzələnin ocağının dərinliyi barədə məlumat verilmir. Ölənlər, xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat yoxdur. Aydındır ki, bu, rayonda əhalinin sıxlığının az olması ilə bağlıdır: burada cəmi 27,6 minə yaxın insan yaşayır.
//Samir Qurbanov, Editor.az

