Pakistanın Peşəvər şəhərindəki Koça Risaldar məscidində cümə namazı zamanı törədilən və 57 nəfərin öldüyü, 200 nəfərin yaralandığı terrorun yeni görüntüləri ortaya çıxıb.
Hadisənin şahidi olan polis Moazzam Jah Ansari terrorçunun məscidə girməzdən əvvəl bir polisi öldürdüyünü, digərlərini isə yaraladığını bildirib. O qeyd edib ki, hadisə insanlar cümə namazına hazırlaşarkən baş verib.
Qeyd edək ki, hadisənin DEAŞ terror təşkilatı tərəfindən törədildiyi güman edilir.
Editor.az Türkiyə KİV-ə istinadən həmin görüntüləri təqdim edir:
https://www.sabah.com.tr/video/dunya/pakistandaki-camiye-bombali-saldiriya-ait-yeni-goruntuler-ortaya-cikti
//Gülnarə Abasova, Editor.az

