Pakistandakı terror aktının acı statistikası: 88 nəfər öldü…backend

Pakistandakı terror aktının acı statistikası: 88 nəfər öldü…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın Pişəvər şəhərində məsciddə törədilən terror aktı nəticəsində 88 nəfər həlak olub, 150-dən çox adam yaralanıb.

Editor.az bildirir ki, bu barədə “Associated Press” agentliyi məlumat verib. Tavanın çökməsi səbəbindən dağıntılar altında olan insanların axtarışı xeyli vaxt aparıb. “Təhrik-e-Taliban Pakistan” artıq partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Qeyd edək ki, Pişəvər şəhərindəki məscid təxminən 250-300 nəfəri qəbul edir. Lakin hücum zamanı onun ərazisində təxminən 400 nəfər adam olub.

 //Samir Qurbanov,Editor.az