ABŞ mərkəzli The Intercept internet saytının xəbərində bəzi sənəd və mənbələrə əsaslanaraq, Pakistanın Beynəlxalq Valyuta Fondu (BVF) ilə əldə etdiyi razılaşmada Ukraynaya silah tədarükü üçün İslamabadın Vaşinqtonla imzaladığı gizli silah müqaviləsinin mühüm rol oynadığı iddia edilib.
Editor.az xarici mediaya istinadən bildirir ki, xəbərdə Pakistanın uzun sürən müharibələr üçün lazım olan arsenalın istehsal mərkəzi olaraq görüldüyü qeyd edilib.
Eyni zamanda, Ukraynanın sursat və hərbi texnika qıtlığı ilə üzləşdiyi vurğulanıb və açıq xəbər mənbələrində Pakistanda istehsal olunan sursat və texnikanın Ukrayna ordusu tərəfindən istifadə edildiyi bildirilib.
//Safura Bənnayeva, Editor.az

