Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ali qonağa “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və həyata keçirilən fəaliyyət barədə ətraflı məlumat verib.