Pakistanın Kəraçi şəhərində beynəlxalq hava limanı yaxınlığında partlayış baş verib. Nəticədə 2 nəfər ölüb, daha 10 nəfər yaralanıb.
Yanğın başlayıb və bir neçə avtomobil yanıb. Partlayışın səbəbləri araşdırılır.
Pakistan Daxili İşlər Nazirliyinin “Geo” telekanalına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində zədələnmiş avtomobillərdə əcnəbilər olub (sonradan məlum olub ki, onlar Çin vətənaşlarıdır). Agentlik hadisənin partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyi nəzəriyyəsini yoxlayır.
//Samir Qurbanov, Editor.az

