Pakistanın keçmiş baş naziri növbəti dəfə həbs cəzasına məhkum edilibbackend

Pakistanın keçmiş baş naziri növbəti dəfə həbs cəzasına məhkum edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistan məhkəməsi ölkənin keçmiş baş naziri və müxalif Ədalət Hərəkatı (JM) partiyasının lideri İmran Xan və onun həyat yoldaşı Büşra Bibini 14 il müddətinə azadlıqdan məhrum edib. Editor.az bu barədə “Şafak” qəzetinə istinadla məlumat yayıb. Qəzet ər-arvadın korrupsiya və xarici hədiyyə satışı işində müttəhim olduğunu açıqlayıb. Jurnalistlər qeyd ediblər ki, Büşra Bibi məhkəmə zalında olmayıb. Həbs cəzası ilə yanaşı, ər-arvadın on il müddətinə məhkəmə qərarı ilə hər hansı dövlət vəzifəsində işləməsi qadağan edilir. Məhkəmə həmçinin hər bir şəxsi 787 milyon rupi (850 milyon rubldan çox) cərimələyib. Bu, Xanın iki gündə ikinci məhkumluğudur.

Ötən gün İmran Xan və Pakistanın keçmiş xarici işlər naziri Şah Mahmud Qureşi dövlət sirrini açıqlamaq ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Nəşrin məlumatına görə, məhkumlar “Rəsmi sirr haqqında” qanunu pozublar. Məhkəmə müəyyən edib ki, onlar Pakistanın Vaşinqtondakı səfirliyi tərəfindən 2023-cü ilin martında yazılmış gizli diplomatik məktubun məzmununu açıqlayıblar.

Pakistan mediası İmran Xanın 2022-ci ilin aprelində baş nazir postundan uzaqlaşdırıldığını qeyd edib. O vaxtdan indiyədək ona qarşı 150-dən çox iddia qaldırılıb.

//Gülnarə Abasova, Editor.az