Pakistanın Sind əyalətində daşqınların yaratdığı xəstəliklərdən 324 nəfər ölübbackend

Pakistanın Sind əyalətində daşqınların yaratdığı xəstəliklərdən 324 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 1-dən bəri Pakistanın Sind əyalətində daşqınların yaratdığı xəstəliklərdən 324 nəfər həyatını itirib. 

Editor.az Pakistan milli mətbuatına istinadla xəbər verir ki, rəsmilər daşqından zərər çəkmiş bölgələrdə ishal, malyariya və dəri xəstəliklərinin artdığını bildiriblər.

Sind əyalətində 48 milyon insan yaşayır. Daşqınlar səbəbiylə ştatda didərgin düşən 500 mindən çox insan yardım düşərgələrində yaşamağa davam edir.

Qeyd edək ki, Sentyabrda ştatda 137 000 ishal, 10 000-dən çox dizenteriya və ən azı 4 000 malyariya hadisəsi qeydə alınıb. Bir çox rayon və şəhərlərdə, xüsusilə Daduda sular hələ də çəkilməyib. Bu vəziyyət əhalinin səhiyyə müəssisələrinə çıxışına təsir edir, tibbi ləvazimat və dərman vasitələri ilə təminatda problemlər yaradır.