Pakistanlı general pusquya salındı və öldürüldübackend

Pakistanlı general pusquya salındı və öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın Hayber Paxtunxva əyalətində Xidmətlərarası Kəşfiyyat İdarəsinin zabiti, briqada generalı Mustafa Kamal Barki terrorçuların pusqusuna düşərək həyatını itirib.

Editor.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, terrorçularla baş verən atışmada Barki və sürücüsü həyatını itirib, 7 hərbçi isə yaralanıb.

Hücumun hansı qruplaşma tərəfindən təşkil edildiyi açıqlanmasa da, bu kimi təxribatların “Pakistan Talibanı” tərəfindən planlaşdırıldığı ehtimal edilir.