Pandemiya başlanandan bəri avqust Kolumbiya üçün ən pis ay olubbackend

Pandemiya başlanandan bəri avqust Kolumbiya üçün ən pis ay olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiyanın hakimiyyət orqanları bazar ertəsi bildiriblər ki, pandemiya başlanandan bəri ölkədə 615 mindən çox yeni koronavirusa yoluxma faktı qeyd edilib. Sutka ərzində 7230 yeni yoluxma, 299 ölüm faktı müəyyən olunub.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, pandemiya başlanandan bəri avqust Kolumbiya üçün ən pis ay olub: həmin ay 319660 yoluxma halı baş verib ki, bu da təqribən əvvəlki beş ay ərzində yoluxanların ümumi sayına bərabərdir, ölüm hallarının sayı təxminən iki dəfə artaraq 9558-ə çatıb.

Avqustun 31-i Kolumbiyada martın 25-dən başlanmış məcburi karantinin sonuncu günü olub. Ölkədə iqtisadiyyatın bərpası məqsədilə bu gündən etibarən həmin tədbirlər, müəyyən fəaliyyət növləri məhdudlaşdırılmaqla “seçmə izolyasiya” ilə əvəz olunacaq.