Pandemiya dövründə insanların psixoloji vəziyyəti- Psixoloqdan ŞƏRHbackend

Pandemiya dövründə insanların psixoloji vəziyyəti- Psixoloqdan ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əksər elmi nəşrlər özünütəcridin müxtəlif psixoloji nəticələrə səbəb ola biləcəyini göstərir. Bunlar artan narahatlıq, yuxusuzluq və emosional qeyri-sabitlik, psixosomatik təzahürlər, post-travmatik sindrom (TSSB), depressiyadır”.

Bu fikirləri Editor.az-a açıqlamasında psixoloq Hüseynova Fidan deyib.

Psixoloq bildirib ki, pandemiya və ondan sonrakı dövr insan psixologiyasında artıq anksiyete, obsesif-kompulsiv meyllər, intihar meylləri, məişət zorakılığı, həmçinin panik atakların və emosional qeyri-sabitliyin ortaya çıxması müşahidə olunur:

“Azərbaycanda pandemiya dövrü və öncəsi özünütəcrid rejimi məişət zorakılığı hallarının sayını 2,5 dəfə artırıb və bu, bir çox psixoloji problemlərə gətirib çıxarır. Məsələn, boşanmaların sayı artır, münasibətlərdə problemlərə gətirib çıxarır və aqressiya, özgüvənsizliyə səbəb olur. “COVİD19″-dan sağalmış insanlar üçün xüsusilə ağır psixoloji nəticələr proqnozlaşdırılır.

Lakin özünütəcrid rejimi psixoloji problemlərin yaranmasının yeganə səbəbi sayıla bilməz. Çox şey insanın fərdi xüsusiyyətlərindən, pandemiya ilə bağlı xüsusi tədbirlər tətbiq edilməzdən əvvəl özünü nə qədər sabit hiss etməsindən asılıdır.

Psixoloji nöqteyi-nəzərdən pandemiyanın yalnız zərərli faktorlarını deyil, həm də müsbət tərəflərini nəzərə almaq lazımdır. Məsələn insanlar izolasiyadan dolayı bir-birilərini daha çox müşahidə etməyə, analiz etməyə, tanımağa başladılar”.

Psixoloq son olaraq qeyd edib ki, tək pandemiya dövründə baş verən neqativ hallardan yox, həm də həyatın istənilən neqativ təcrübəsindən də yaxşı nəticələr əldə etmək mümkündür.

//Editor.az