Pandemiya, ya təhlükəsizlik? Karantin rejimi uzadıldı – Millət vəkili səbəbləri AÇIQLADIbackend

Pandemiya, ya təhlükəsizlik? Karantin rejimi uzadıldı – Millət vəkili səbəbləri AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda xüsusi karantin rejiminin yenidən uzadılması ölkədə yalnız ictimai sağlamlıq deyil, həm də strateji təhlükəsizlik kontekstində ciddi bir addım kimi qiymətləndirilir. Regionda davam edən geosiyasi gərginliklər, qonşu ölkələrdə baş verən münaqişələr və potensial xarici təhdidlər fonunda Bakı hökumətinin qərarı həm vətəndaşların təhlükəsizliyini, həm də ölkədə sabitliyi qorumağa yönəlmiş mühüm preventiv tədbir hesab olunur. Bu uzadılma həm də pandemiyanın nəzarətdə saxlanması ilə yanaşı, regiondakı risklərə qarşı strateji bir “sığorta” rolunu oynayır.

Milli Məclisin deputatı Azər Badamov Editor.az-a açıqlamasında bildirib ki, karantin rejiminin uzadılmasının əsas səbəbi regionda davam edən gərginliklərlə bağlıdır:

“Qonşu ölkələrdə münaqişələr davam edir, Azərbaycan isə təhlükəsizlik və sabitlik adası olaraq qalır. Mümkün təhdidlər yalnız xaricdən gələ bilər. Buna görə də hökumət karantin rejimini uzadaraq vətəndaşların təhlükəsizliyini və ölkədə sabitliyi təmin edir.

Ölkə rəhbərliyi vətəndaşların təhlükəsizliyini hər şeydən üstün tutaraq, addımlarını diqqətlə və düşünülmüş şəkildə atır”.

//Gülnarə Abasova, Editor.az