Sərhədsiz Reportyorlar (RSF) pandemiyanın ilk həftələrində sıfır nöqtəsi olan Vuhan hadisələrini dünyaya elan edən və sonradan saxlanılan çinli jurnalist Zang Zanı “cəsarətinə görə mətbuat mükafatı”na namizəd göstərib.
Editor.az xarici mətbuata istinadən xəbər verir ki, vəkillik işini qoyub jurnalist kimi fəaliyyətə başlayan Zan dekabrda “problem yaratmaqda” təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib. Bu ittiham tez-tez jurnalistlərə, hüquqşünaslara və administrasiyaya qarşı çıxan dissidentlərə qarşı istifadə olunur. RSF Zanın mükafata namizəd olduğunu açıqlasa da, jurnalistin Vuhanda COVİD-19 xəstələrinin qohumları ilə pis rəftar etdiyini bildirən videolar hazırlayarkən bir tərəfdən də səlahiyyətlilər tərəfindən daim təhdid edildiyi bildirilib. RSF “Onun müxbiri o vaxt Vuhandan müstəqil xəbərlər əldə etməyin yeganə yollarından biri idi” deyib.
Rəsmilər Zanın saxta xəbərlər yaydığını iddia edirdilər. RSF-nin Cəsarət Mükafatına digər namizəd Myanmada çevrilişə qarşı etirazları dərc etdikdən sonra saxlanılan Kay Zon Nveydir.
//Gülnarə Abasova, Editor.az

