“Pandemiyanın insan psixologiyasına vurduğu zərbəni danmaq olmaz”-ŞƏRHbackend

“Pandemiyanın insan psixologiyasına vurduğu zərbəni danmaq olmaz”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Viruslar, müxtəlif növ xəstəliklər həm uzaq, həm də yaxın keçmişdə böyük kütlənin, toplumun bəlasına çevrilmiş və dünyada milyonlarla insan itkisinə səbəb olmuşdur”.

Bu sözləri Editor.az-a ola biləcək pandemiya halları ilə bağlı yaranan qorxunun qarşısının alınması ilə əlaqədar danışarkən Amerika Beynəlxalq Nevrorequlyasiya və tədqiqatlar Dərnəyinin rəsmi Azərbaycan təmsilçisi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova deyib.

Psixoloq bildirib ki, buna ən yaxın dövrümüzdə baş verən və dünyada həmçinin ölkəmizdə çox sayda insan itkisinə gətirib çıxaran “Covid-19” pandemiyasını da misal göstərə bilərik:

“Son günlərdə isə xüsusən məktəblilər arasında qızılca infeksiyasına yoluxma halları artıb. Bu tipli virusların, infeksion xəstəliklərin, ümumilikdə pandemiyanın təbii ki, insan psixologiyasına vurduğu zərbəni danmaq olmaz. Xüsusən pandemiya şəraitindəki qapanmalar, sosial məsafələr, insanların bir-biri ilə ünsiyyətdə ola bilməməsi və s. faktorlar insan psixologiyasına mənfi təsir etdi. Belə hallarda xüsusilə uşaq psixologiyasını fərqləndirmək lazımdır. Çünki onlar hər şeyi biz böyüklər kimi hiss edib, anlaya bilmir. Onların dünyasında pandemiya, xəstələnib ölmək yoxdur. Buna görə də xüsusən azyaşlı uşaqlar xəstəliyi dərindən dərk edə bilmirlər. Uşaqlar hər şeyi oyun şəklində anlayır. Ona görə də bunu və xüsusən gigiyenik qaydaları onlara izah edərkən oyun yolundan istifadə etmək lazımdır. Eyni zamanda, xəstəliklə mübarizə dönəmində ruh yüksəkliyi ən vacib hissələrdən birini təşkil edir. Diqqət edilməsi lazım olan məqamlardan biri evdə qalındığı müddətdə istər valideynlərdə, istərsə də uşaqlarda günlük qida və yuxu rejimi pozulmamalıdır. Yəni, normal günlərdəki kimi yatmaq, yuxu rejiminə diqqət etmək həmçinin vaxtında qidalanmaq insan psixologiyası üçün də önəmlidir. Əks halda belə mövcud şəraitlərdə o balans pozulduqda insanda gərginlik, aqressivlik kimi hallar özünü biruzə verməyə başlayır. Həmçinin uşaqların da stres yaşamasına və müəyyən problemlərə gətirib çıxara bilir. Burada digər məqam xəstəlik dönəmini evdə keçirən uşağın asudə vaxtının doğru istiqamətdə ona fayda verə biləcək məşğuliyyətlərlə, oyunlarla təşkil edilməsidir. Valideynlər övladının yaşına uyğun olaraq onunla birlikdə həm əylənəcəkləri, həm də övlanının yeni nələrsə öyrənə biləcəyi oyunlar təşkil etməlidir. Əksinə xəstəlik dönəmini keçirən uşaqlar günün çox hissəsini telefon və ya kompyuterdə oyunlarla və ya ancaq TV qarşısında cizgi filmlərlə keçirərsə, bu bir müddət sonra onda sosial adaptasiya problemi yarada bilər. Belə ki, uşaqlar sağalıb məktəbə və ya baxçaya geri qayıtdıqda yoldaşları ilə ünsiyyət qurmaqda, anlaşmaqda çətinlik çəkə bilir. Valideynlər bu xəstəlikləri uşaqların başa düşdüyü dildə onlara izah etməli və bunun ölümlə nəticələnə biləcəyi fikrini aşılamamalıdır. Ehtiyac yaranarsa mütləq şəkildə psixoloji dəstək alınmalıdır.”

//Səbinə Hüseynli, Editor.az