Pandemiyanın olacağı 90-cı illərdən məlum idi, bu hələ başlanğıcdır – Elmi jurnalistdən ŞOKbackend

Pandemiyanın olacağı 90-cı illərdən məlum idi, bu hələ başlanğıcdır – Elmi jurnalistdən ŞOK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2 ildir dünya kovidlə vuruşur. Pandemiya başlayanda 90% mütəxəssislər az qalıb, 6 aya bitəcək, peyvənd olunaq azalacaq deyərək ümidlər versələr də, zaman bu proqnozları doğrultmadı.

Əgər bəşəriyyət Covid-19 pandemiyasından dərs çıxarmasa, səhvlər etsə, bu pandemiya sadəcə qarşıdakı təhlükələrin zəif xəbərdaredici zəng səsi ola bilər.

Editor.az xəbər verir ki, elmi jurnalist Debira Makkenzi pandemiya barədə maraqlı araşdırma edib. O deyir ki, pandemiyaya yol verməmək mümkün idi.

30 ildir biotibb sahəsində araşdırma aparan jurnalist Covid pandemiyasının yaranması barədə öz nəzəriyyələrini irəli sürüb.

“Bu pandemiya bizimlə baş verməməli idi, həm dövlətlərin, həm ÜST-ün imkanı var idi ki, onun yayılmasının qarşsını alsın, biz ən azı hadisələri nəzarətə götürməliydik.

Mən əminəm ki, bizi heyvanlarda mutasiyaya uğrayan yeni viruslar gözləyir, insanlar üçün çox təhlükəli ölümcül xəstəliklər ola bilər.

Əgər biz budəfəki kimi səhvlər etsək, növbəti pandemiyanı saxlaya bilməyəcəyik. Bizim zəmanətimiz yoxdir ki, pandemiya səbəbindən çökən dövlətlər buna hazırdır və əllərindən gələn hər şeyi edəcəklər.
Bizi xəbərdar etmişdilər:

Alimlər 10 illərdir bizi viruslar barədə xəbərdar edirdilər. Hətta 7-8 il əvvəl konkret olaraq virus ailələrinin adları çəkilirdi.

Mən özüm 90-cı illərdən bu barədə yazıram.

Məsələnin mahiyyəti nədir? Vəhşi təbiətdə çoxsaylı viruslar dövr edir, onlar heyvandan heyvana keçir, dəyişir və heyvandan da insana ötürülə bilər.

İnsanlar təbiətdə vəhşi, xəstə, viruslu heyvanlarla üzləşir, heyvan insanı yaralayır və insanlar bir regiondan digərinə asanlıqla keçir.

İnsan orqanizminə ilk dəfə düşən bir virus ildırım sürətilə yayılır və insan populyasiyasında özünə yer tutmaq istəyir.

Bu gün elm və tibbin elə bir təcrübəsi, metodu yoxdur ki, konkret olaraq viruslu ocağı aşkar edib, həmin insanları və şəhəri tez, başlanğıc mərhələdə təcrid edib, ocağı söndürsün. Çünki insanlar bir yerdə dayanmır.

Ona görə də Covidlə yaşadıqlarımız indiki dünyada hər hansı epidemiyanın sürətlə baş verəcəyini göstərdi, yeni pandemiya istənilən an alovlana bilər.

Heyvanlar aləmində olan onlarla təhlükəli virus uğurlu vaxtını, insan orqanizminə yoluxacağı anı gözləyir.

Bizə elə gəlirdi ki, eıidemiyalar natəmiz orta əsrlərdə, elmin, tibbi geri qaldığı dövrlərdə ola bilər, müasir dünyanı epidemiya gözləmir. Amma alimlərin xəbərdarlığı kağız üzərində qalırdı.

İnkişaf etmiş super müasir ölkələr nəyəsə axrayın idilər. Hər bir hökumətin pandemiya ilə bağlı xüsusi tədbirlər planı öncədən var. Amma real pandemiya göstərdi ki, hətta ABŞ kimi dövlət belə bu plana əməl etmədi və xaos yaratdı.

Çin hökumətinin ilk başda virusun yayılmasının masştabını və xəstələrin sayını azaltması, həkimlərə, alimlərə bu barədə danışmağa qadağa qoymaq, testlərin kütləvi aparılmaması və ÜST-ü yanıldıcı rəsmi informasiyaların verilməsi dünyanı pandemiya ilə mübarizədə 4 ay gecikdirdi.

Yanvarda rəsmi Pekin ÜST-ə yeni yoluxucu epidemiya barədə məlumat verdi, lakin yenə də virusun insandan insana keçmədiyini bildirdi. Hələ də heç kim bilmir ki. niyə belə etdilər. Məqsəd nə idi? Və BMT, ÜST səviyyəsində hələ də bunu edənlər hər hansı şəkildə cəza almayıb. /medicina.az