Vatikanın rəhbəri Papa XIV Leo ABŞ və İsrailin İrana qarşı apardığı müharibəyə toxunaraq artan mülki itkilərə diqqət çəkib, eyni zamanda Donald Trampın müharibəni dayandırmaqla bağlı açıqlamasını xatırladaraq dünya liderlərini dialoqa çağırıb.
Editor.az xəbər verir ki, Papa XIV Leo çıxışı zamanı ABŞ və İsrailin İrana qarşı 28 fevralda başladığı hərbi əməliyyatlardan bəhs edib.
Papa ABŞ prezidenti Donald Trampın yaxın zamanda müharibəni bitirmək istədiyinə dair fikirlərini xatırladaraq bildirib:
“Hamımızın bildiyi kimi, bu gün dünyanın bir çox bölgəsində böyük ağrılar və itkilər yaşanır, hətta günahsız uşaqlar belə həyatını itirir”.
ABŞ prezidenti Donald Tramp başda olmaqla bütün dünya liderlərinə müraciət edən Papa XIV Leo belə deyib:
“Prezident Tramp yaxın zamanda müharibəni dayandırmaq istədiyini bildirib. Ümid edirəm ki, o, zorakılığı azaltmağın yolunu axtarır. Bu, Yaxın Şərqdə və onun hüdudlarından kənarda yaranmış nifrətin azalmasına əhəmiyyətli töhfə verə bilər. Bütün dünya liderlərini dialoq üçün yenidən danışıqlar masasına qayıtmağa çağırıram”.
//Gülnarə Abasova, Editor.az

