Papadan Ukraynaya ŞOK ÇAĞIRIŞ: “Vasitəçi tapmalıyıq, ağ bayraq qaldırın”backend

Papadan Ukraynaya ŞOK ÇAĞIRIŞ: “Vasitəçi tapmalıyıq, ağ bayraq qaldırın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk bildirib ki, Ukrayna ağ bayraq qaldırıb Rusiya ilə danışıqlara başlamaq üçün cəsarət göstərməlidir.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri yazır.

Fransiskdən Ukraynanın Rusiya qoşunlarını dəf edə bilmədiyi üçün danışıqlar masasında təslim olmasına inananlarla bunun təcavüzkarın hərəkətlərini legitimləşdirdiyini iddia edənlər arasında debata münasibəti soruşulub. Müsahib sualda ağ bayraq terminindən istifadə edib.

“Məncə, vəziyyətə baxan, xalqı düşünən, ağ bayraq qaldırmaq cəsarəti daşıyan, danışıqlar aparan ən güclüdür. Danışıq sözü cəsarətli sözdür. Məğlub olduğunuzu, işlərin pis getdiyini görəndə, danışıqlar aparmaq üçün cəsarətiniz olmalıdır. Danışıqlar beynəlxalq qüvvələrin köməyi ilə aparılmalıdır”, – Papa deyib.

Fransisk Ukraynadakı müharibəni müzakirə edərkən ilk dəfə “ağ bayraq” və “məğlub” ifadələrindən istifadə edib, baxmayaraq ki, əvvəllər danışıqların zəruriliyindən danışırdı.

“Siz utana bilərsiniz, amma bu müharibə sonda nə qədər ölüm gətirəcək? Biz vaxtında danışıqlar aparmalı, vasitəçi kimi çıxış edə biləcək ölkə tapmalıyıq. İşlər daha da pisləşməzdən əvvəl danışıqlar aparmaqdan çəkinməyin”, – Fransisk əlavə edib.

Fransisk namizədliyini irəli sürən vasitəçi ölkələr arasında Türkiyənin də adını çəkib. Ondan vasitəçilik etməyə hazır olub-olmadığını soruşduqda, Papa cavab verib: “Mən buradayam”.