Papikyan MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmədibackend

Papikyan MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın müdafiə naziri Suren Papikyan Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Rusiyanın Tula şəhərinə getməyib.

Editor.az Trend-ə istinadən xəbər verir ki, “Müdafiə naziri Suren Papikyan Tulaya getməyib və MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak etməyib”, – deyə Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Aram Torosyan deyib.

Qeyd edək ki, sentyabrın 29-da Rusiyanın Tula şəhərində MDB Müdafiə Nazirləri Şurasının iclası başlayıb.