“Parça maskalardan istifadə məsləhət görülmür” – Həkim rəyibackend

“Parça maskalardan istifadə məsləhət görülmür” – Həkim rəyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Başa çatmaqda olan 2020-ci il dünyada koronavirla bağlı pandemiya ili kimi yadda qaldı. Pandemiya zamanı virusdan qorunmaq üçün əsas tələblərdən biri insanların tibbi maskadan istifadə etməsi ilə bağlıdır. Maskaların necə taxılması ilə bağlı müxtəlif fikirlər səsləndirilir.

Editor.az-ın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) konsultant həkimi, Türkiyənin “Hacettepe” xəstəxanasının azərbaycanlı həkimi Turanə Rəsulova bildirib ki, tibbi maskaların rəngli tərəfi çölə tərəf olmalıdır, ağ tərəfi isə üzümüzə doğru taxılmalıdır: “Çünki maskanın rəngli tərəfi hidrofob, yəni su keçirməyən tərəfdir. İçəri tərəfi olan ağ hissə isə əksinə nəmi saxlayan tərəfdir. Əgər rəngli tərəfi üzə tərəf, ağ hissəni isə çölə doğru istifadə etsək onda nəm hissəyə bakteriyalar, viruslar yapışar və nəfəs alan zaman ağ ciyərlərimizə keçə bilər. Ona görə də su keçirməyən rəngli tərəf mütləq çölə doğru taxılmalıdır”.

Parça maskalara gəldikdə isə T.Rəsulova deyib ki, bu cür maskaların heç bir qoruyuculuğu, yəni tutmaq və ya buraxmaq tərəfi yoxdur: “Ona görə də parça maskaları taxmaq əksinə təhlükəli ola bilər. Çünki maskanın çöl tərəfi də nəmlənər və bakteriyalar yapışa bilər ki, bu da nəfəs alanda bakteriyanın, virusun ağ ciyərlərimizə keçməyinə səbəb ola bilər. Ona görə də parça maskalardan istifadə etmək məsləhət görülmür”. (APA)