Paris Bakıya təzyiq etməyə çalışır, amma daha da geriləyirbackend

Paris Bakıya təzyiq etməyə çalışır, amma daha da geriləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron dünən ölkənin Müdafiə və Milli Təhlükəsizlik Şurasının təcili toplantısını keçirib.

Toplantıda Yeni Kaledoniyadakı vəziyyət müzakirə olunub.

E.Makron son həftə ərzində Parisə qarşı etiraz aksiyalarının, yerli sakinlərlə polis və hərbçilər arasında qarşıdurmaların səngimədiyi “dənizötəsi ərazi”yə əlavə qüvvələrin göndərilməsinə göstəriş verib. Göstərişə əsasən, Parisdən Yeni Kaledoniyanın paytaxtı Numeaya daha 600 xüsusi təyinatlı polis və jandaram göndəriləcək.

Xatırladaq ki, mayın 13-də Yeni Kaledoniyanın paytaxtı Numeada dinc yürüş kütləvi etiraz aksiyalarına çevrilib. Polis aksiya iştirakçılarına atəş açandan sonra kütləvi iğtişaşlar başlanıb, yüzlərlə ofis, dükan və sosial qurumların binalarına od vurulub. Onlarla polis, yüzlərlə aksiya iştirakçısı xəsarət alıb.

Etiraz aksiyalarının səbəbi Fransa parlamentinin Yeni Kaledoniyada seçki qaydalarına dəyişiklikləri nəzərdə tutan qanunu qəbul etməsidir.

Düzəlişlərə görə, Yeni Kaledoniyada keçirilən seçkilərdə son 10 ildə burada yaşayan Fransa vətəndaşları iştirak edə bilərlər.

13 adadan ibarət olan Yeni Kaledoniya arxipelaqının sakinlərinin 40 faizi və ya 112 min nəfəri kanaklardır. 1998-ci ildə Parislə Numea arasında imzalanmış anlaşmaya görə, Yeni Kaledoniyada keçirilən seçkilərdə yalnız 1998-ci ilədək burada yaşamış insanlar iştirak edə bilərlər.

Rəsmi Parisin yeni qərarı isə yerli kanakların arxipelaqın idarə olunmasında imkanlarını daha da azaldır, faktiki olaraq minimuma endirir.

Fransa prezidenti Emmanuel Makron, baş nazir Qabriel Attal, xarici işlər naziri Stefan Sejurne və daxili işlər naziri Jerald Dermanen bütün bəyanatlarında, açıqlamalarında və şərhlərində kanakların hərəkatını birmənalı olaraq separtizm qismində dəyərləndirlər. Üstəlik, rəsmi Paris ölkəmizi suçlayır ki, Yeni Kaledoniyadakı aksiyaları dəstəkləyirik, kanakları yeni etirazlara və proseslərə sövq edirik.

Bu isə rəsmi Parisin ikiüzlü yox, çoxüzlü siyasəti olmaqla yanaşı, Fransanın neokolonializm doktrinasının mənhusluğunu və ən başlıcası, saxtakarlığını göstərir.

Qarabağlı ermənilərin separatizm hərəkatı başlayan ilk günlərdən Fransa Ermənistanı və xüsusilə də Xankəndindəki xuntanı bütün müstəvilərdə, malik olduğu imkanlarını hamısını işə salaraq dəstəkləyib.

İndi həmin Paris bizi “separtizmə dəstək vermək”də suçlayır.

Fransanın ittihamlarına və onların absurdluğuna nəzər salaq:

1. “Yeni Kaledoniyadakı etiraz aksiyaları iğtişaşlardır və onlar ən sərt şəkildə yatırdılmalıdır”. Fransanın müstəmləkə hesab etdiyi və sözdə guya “bütün demokratik azadlıqları verdiyi” Yeni Kaledoniyada yerli xalq, yəni kanaklar azadlıqla müstəqillik mübarizəsi aparırlar. Onlar arxipelaqdakı fransızları kütləvi şəkildə işgəncələrə məruz qoymur, ən vəhşi şəkildə qətlə yetirmir, evlərindən didərgin salmırlar. Unutmayaq ki, kanaklar yerli əhali, fransızlar isə gəlmələr, kolonistlərdir. Halbuki Qarabağda gəlmə ermənilər və yerli erməni separatçılar bölgənin əzəli sakinləri olan azərbaycanlılara hücumlar etmiş, minlərlə günaşsız insana işgəngə vermiş, qətlə yetirmiş, yüz minlərlə azərbaycanlını evlərindən didərgin salmışdı.

2. “Fransanın suverenliyi, ərazi bütünlüyü və sərhəd toxunulmazlığı ən önəmli dəyərlərdir”. Tamam, bu prinsiplərlə biz də razıyıq. Amma Yeni Kaledoniya Fransa ərazisi deyil – Fransanın istila etdiyi müstəmləkələrdən biridir. Üstəlik, bu prinsiplər Fransa üçün “ən önəmli dəyərlər”dirsə, rəsmi Parisin qarabağlı ermənilərin separatçılığını dəstəkləməsi, “Qarabağ problematikası hələ bitməyib” bəyanatları və ümumiyyətlə, ermənilərə bütün işlərdə maksimum himayə göstərməsi siyasi mənəviyyatsızlıq, ikiüzlülük və saxtakarlıqdır. Fransa öz sərhədlərinin qədrini belə bilirsə, Azərbaycanın da ərazi bütünlüyünə, sərhəd toxunulmazlığına və suverenliyinə sayğı bəsləmək məcburiyyətindədir.

3. “Azərbaycan Yeni Kaledoniyadakı separatizmi dəstəkləyir”. Əsla, amma əsla belə deyil. Bakı Təşəbbüs Qrupu dünyanın bütün bölgələrində neokolonilizmə, müstəmləkəçiliyin müasir izharlarına qarşı çıxır və bu istiqamətdə mübarizə aparan xalqların nümayəndələrinə problemlərini dünya birliyinə çatdırmaq üçün imkanlar yaradır.

Normal və adekvat siyasət, beynəlxalq hüququn normalarına tam uyğun davranışdır. Separatizmi dəstəkləyən ölkə isə Fransa olub. Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalında olduğu 30 il ərzində rəsmi Paris sürəkli, permanent olaraq işğalçı Ermənistanı və qarabağlı ermənilərin separatçı xuntasını dəstkləyib. Fransa parlamentinin mənsubları, siyasətçilər, dövlət xadimləri Xankəndində separatçı-terrorçu xunta olanda daim bu şəhərə Ermənistan ərazisindən keçməklə qanunsuz səfərlər edir, separtçıların liderləri ilə görüşür, onları himayə etdiklərini açıq deyirdilər.

4. “Fransa separatizmi və revanşizmi birmənalı olaraq qəbul etmir”. Həqiqətdən çox uzaq açıqlamadır. 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra məhz Fransa erməni separatçılarının əsas hamisinə çevrilməklə yanaşı, Ermənistandakı aqressiv revanşist qüvvələrin xaricdəki əsas dayağı oldu. Fransa prezidenti Emmanuel Makron bunlarla da kifayətlənmədi, Ermənistandan vasitə qismində yararlanaraq Cənubi Qafqazda yeni bölücü və məhdudlaşdırıcı geosiysasi xətlər çəkməyə çalışdı. Halbuki Avropa İttifaqında liderlik uğrunda Fransaya rəqib olan Almaniya bir qədər əvvələdək Cənubi Qafqaz məsələsində Fransanı dəstəkləyirdisə, indi rasional və kqnstruktiv mövşe tutub. Berlinin mövqeyi təbii ki, Avropa İttifaqının regional strategiyasına da təsir edir.

Fransa habelə, AŞPA-da və Avropa Parlamentində Azərbaycana qarşı yönələn idiotik hücumların, qəbul edilən qərəzli və əsassız bəyanatların, absurd ittihamlarla zəngin sənədlərin əsas sifarişçisidir.

Emmanuel Makronun planları reallaşmır, çünki Parisin bütün intriqalarına və Bakıya qarşı düşmən münasibətinə rəğmən, Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıqla bağlı imzalanan anlaşmaların, sazişlərin və müqavilələrin sayı sürətlə artır.

Birgə kommünike və bəyanatlarsa yalnız zahiri xoş niyyətin izharına yönələyərək real fəaliyyəti səciyyələndirir.

… Yeni Kaledoniyada yaşananlar Fransanın ikiliki standartlara və neokolonializmə əsaslanan xarici siyasətinin kiçik təzahürlərindən biridir. 21-ci əsrdə müstəmləkəçilik strategiyasından əl çəkməyən Fransa erməni separatizmini və revanşizmi dəstəkləməklə mövqelərini möhkəmlətmək niyyətində olsa da, sürəkli məğlubiyyətlərə düçar olur.

Özünü az qala imperator hesab edən Emmanuel Makron isə bunu dərk eldə bilmir.
TREND