Paris məhkəməsi “Telegram”ın yaradıcısı Pavel Durovu azad edib.
Hakim Pavel Durovun “ilkin dindirilməsi və mümkün ittiham irəli sürülməsi məqsədilə” polis nəzarəti altında qalmasına xitam verib.
O, məhkəmə zalında azad olunub.
18:16
Müstəntiq “Telegram” mesencerinin həmtəsisçisi Pavel Durovun ittiham oluna biləcəyi məhkəməyə göndərilməsi barədə göstəriş verib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Paris Prokurorluğundan məlumat verilib.
“Müstəntiq Durovun saxlanılma müddətinin bitirilməsi və onun ittiham oluna biləcəyi məhkəməyə təhvil verilməsi barədə göstəriş verib”, – idarədən qeyd ediblər.