Paris meri Xankəndinə gəlir: “Dərhal Laçın yolunda həbs edilməlidir”backend

Paris meri Xankəndinə gəlir: “Dərhal Laçın yolunda həbs edilməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paris meri Ann Hidalqo Ermənistana səfərə gəlib. Xanım Ann Hidalqo Qarabağda separatçıların müstəqilliyini tanımaq istəyir.

Politoloq Məhəmməd Əsədullazadə Editor.az-a bildirib ki, o, Laçın dəhlizindən keçib Xankəndinə gələ bilər:

“Hərhalda Yerevana gəlməsində erməni lobbisinin rolu var. Onun Azərbaycan əleyhinə xüsusilə iki ölkə arasında normallaşma prosesinə zərbə vuran açıqlamaları olacaq. Paris merinin Ermənistan səfərinə diqqət edilməli və onun Qarabağa girişi rəsmi Bakı tərəfindən qarşısı alınmalıdır. Bu, ermənilərin növbəti provakasiyasıdır və qarşısı alınmasa, növbəti səfərlər təşkil edəcəklər. Xanım merin Xankəndinə gəlib, Azərbaycan əleyhinə mövqelər ortaya qoyması bizim üçün qəbuledilməzdir”.

Politoloq qeyd edib ki, Paris meri Xankəndinə gələrsə, Laçın dəhlizində Azərbaycan təhlükəsizlik orqanları onu həbs etməlidir:

“Ümumiyyətlə, yeni Laçın yolu istifadəyə veriləndən sonra ermənilərin bu oyunlarına da son veriləcək. Təbii ki, həmin yeni yolda Azərbaycanın sərhəd postu olduqdan sonra…”

//Gülnarə Abasova, Editor.az