Paris merinin Azərbaycana qarşı iddiaları riyakarlıqdır – “La Gazette du Caucasebackend

Paris merinin Azərbaycana qarşı iddiaları riyakarlıqdır – “La Gazette du Caucase

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paris merinin Azərbaycana qarşı iddiaları tamamilə riyakarcasına görünür.

Editor.az  Trend-ə istinadən xəbər verir ki, bu barədə Fransanın “La Gazette du Caucase”də dərc olunan məqalədə deyilir.

“Mayın 24-də Paris meri Ann İdalqo Fransanı noyabrda Bakıda keçiriləcək COP29 konfransını boykot etməyə çağıran “təklif”lə çıxış edib.

Parisdən gələn “təklif”in hüquqi qüvvəyə malik olmaması ilə yanaşı, Ann İdalqonun fikirlərinə – xüsusən ətraf mühitin mühafizəsi ilə bağlı – çox az adam diqqət yetirir.

Ətraf mühitin mühafizəsi adına hərəkət etdiyini iddia edən İdalqo Parisdə əsas yolları avtomobillər üçün bağlayaraq, onları, demək olar ki, heç kimin istifadə etmədiyi velosiped zolaqları ilə əvəz edib və bununla şəhəri öz ideyalarına uyğun olaraq “dəyişib”. Nəticədə bu bölgələr boşalıb, mağazalar həmişəlik bağlanıb ki, bu da yollarda daha çox tıxaclara səbəb olub, küçələr zibillə dolub, ətrafda siçovullar qaçışarkən evsiz insanlar səkilərdə yerləşməyə məcbur olub”, – məqalədə deyilir.

Məqalənin müəllifləri Paris meri İdalqonun Ermənistanın müdafiəsi bəhanəsilə Azərbaycana hücum etdiyini vurğulayıb.

“O, müxtəlif anti-Azərbaycan qruplaşmalarına rəhbərlik edən və açıq şəkildə islamofobiyanı təbliğ edən Fransa ermənilərini dəstəkləyir. Bütün bu insanlar, çox güman ki, istənilən halda COP29-da iştirak etməyəcək”, – məqalənin sonunda deyilir.