Parisdə ev alan Elxan Məmmədov ailəsi ilə Azərbaycandan birdəfəlik gedirbackend

Parisdə ev alan Elxan Məmmədov ailəsi ilə Azərbaycandan birdəfəlik gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünəndən etibarən FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinin icrasına başlayan AFFA-nın sabiq baş katibi və icraçı vitse-prezidenti Elxan Məmmədov Azərbaycandan birdəfəlik ayrılıb.

15 il federasiyanı idarə edən funksioner ailə üzvlərini də Fransaya aparacaq.

Hələ bir müddət əvvəl paytaxt Parisdə ev almış E.Məmmədov müxtəlif regionlar üzrə FIFA Forward layihəsinin icrası, qurumun Avropadakı 55 üzv ölkəsində futbolun inkişafı üçün lazımi layihələri müəyyən etmək, onların müxtəlif spesifik tələblərinin təhlilini aparmaq və bu layihələrin FIFA-nın iş prinsipi çərçivəsinə uyğunluğunu təmin etmək fəaliyyəti ilə məşğul olacaq.

Milli.Az sportinfo-ya istinadən xəbər verir ki, o, yeni vəzifəsində FIFA-nın İdarəetmə və Strateji layihələr üzrə direktoru Nodar Axalkatsini əvəzləyib.

Məmmədov AFFA-da 10 ildən çox öncə baş katib, daha sonra isə icraçı vitse-prezident vəzifələrində çalışıb. Bundan sonra milli asosiasiyasadakı işini İcraiyyə Komitəsinin üzvü və ictimai əsaslarla vitse-prezident olaraq davam etdirəcək.

Bu isə o deməkdir ki, E.Məmmədov AFFA-da əməkhaqqı almadan fəaliyyət göstərəcək. Onun yeni iş yerində nə qədər əməkhaqqı alacağı da bizə məlumdur.

Redaksiyamıza daxil olan məlumata görə, FİFA azərbaycanlı funksionerə illik 250 min avro ödəyəcək.