Parisdə Özbəkistan bankının sahibi oğurlanıbbackend

Parisdə Özbəkistan bankının sahibi oğurlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa mətbuatının məlumatına görə, Özbəkistanın “Anorbank” bankının sahibi Kahramonjon Olimov Parisdə oğurlanaraq təxminən iki gün cinayətkarların əsiri olub.

Editor.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Hadisə iyunun 23-də baş verib. O.Olimov yalnız iyunun 25-də girovluq müddətində ona tələb olunan pul ödənildikdən sonra azad olunub. Məlumatda qeyd olunur ki, o, qaçırılma zamanı döyülüb və öldürülməklə hədələnib.

Həkimlərin müayinəsində bank sahibinin bədənində çoxsaylı qançırlar və əziklər aşkarlanıb.

Hadisənin detalları ilə bağlı Fransa hüquq-mühafizə orqanları araşdırmalara davam edir.

//Samir Qurbanov, Editor.az