Parisdəki Monparnas qatar stansiyasında sərnişinlərə hücum edən silahlı şəxsə polis atəş açıb.
“Ouest-France”ın məlumatına görə, hadisə 14 noyabr axşamı baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları sərnişinləri bıçaqla hədələyən və polis əmrlərinə tabe olmaqdan imtina edən şəxsi zərərsizləşdiriblər. Stansiya tamamilə boşaldılıb və ətraf ərazi təhlükəsizlik məqsədilə mühasirəyə alınıb.
//Samir Qurbanov, Editor.az

