Parisdə Qətərin səfirliyində 1 nəfər öldürülübbackend

Parisdə Qətərin səfirliyində 1 nəfər öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada Paris Prokurorluğu Qətər səfirliyində bir nəfərin öldürüldüyünü açıqlayıb.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, hadisə ilə bağlı bir nəfər saxlanılıb və barəsində ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Ölən şəxsin səfirliyin təhlükəsizlik xidmətinin əməkdaşı olduğu bildirilir. Hadisənin terror aktı olması ilə bağlı heç bir sübut yoxdu.

Qeyd edək ki, hadisə ilə bağlı Parisdəki Qətər səfirliyindən hələ heç bir açıqlama gəlməyib.

//Nəzərbəy, Editor.az