Parisin erməni siyasəti: alver, yalan və istifadəbackend

Parisin erməni siyasəti: alver, yalan və istifadə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Qafqazda sülhün və stabilliyin bərqərar olması yolunda əfsuslar olsun ki, hazırda ən böyük maneə erməni revanşistlər yox, Fransanın siyasi və hakimiyyət elitalarıdır

Fransanın Ermənistandakı səfiri Olivye Dekottinyi ermənilərdən artıq erməni olduğunu göstərməyə davam edir.

Sosial şəbəkələrdəki profillərində erməniləri elə erməni dilində Milad bayramı münasibəti ilə təbrik edərkən o, Ermənistan vətəndaşlarını “unudub”.

“Sizi Müqəddəs Milad münasibətilə təbrik edirəm. Bütün fikirlərim torpaqlarından qovulmuş, bayramı evlərindən uzaqda qarşılayan qarabağlı erməni qaçqınlarladır”, – diplomatiyanın üzqarası sayıla biləcək fransız səfir X sosial şəbəkəsində yazıb.

Rəsmi İrəvan Azərbaycanı könüllü tərk edərək Ermənistana yollanmış qarabağlı erməniləri ölkə vətəndaşları hesab etmir. Baş nazir Nikol Paşinyanın dediyinə görə, onlar ikinci dəfə Ermənistan vətəndaşlığı almaq məcburiyyətindədir.

İş ondadır ki, Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalında olduğu 28 il ərzində Qarabağda və işğaldakı rayonlarda yaşayan ermənilərin yetkinlik yaşına çatmışların istisnasız olaraq hamısı Ermənistanın ümumvətəndaş pasportundan istifadə ediblər. Onlara Xankəndidəki separatçı rejimin “pasport” adlanan karton parçası verilsə də, Ermənistana yollanmaq və ya xaricə getmək üçün qarabağlı ermənilərin yararlana biləcəkləri yeganə sənəd məhz Ermənistan pasportu idi.

44 günlük İkinci Qarabağ Müharibəsi başa çatandan sonra Ermənistanın baş naziri Nikol Paşinyan qarabağlı ermənilərin pasport “macəra”larına son qoymağa qərar vermişdi.

Ötən ilin sentyabrın 19-da Azərbaycan Ordusunun keçirdiyi lokal antiterror tədbirlərindən və Xankəndidəki xuntanın kapitulyasiyasından sonra isə Paşinyan hökuməti ümumiyyətlə, qarabağlı ermənilərdən siyasi məqsədlər üçün istifadə etmək qərarına gəldi.

Bunun üçün onlar yenidən Ermənistan vətəndaşlığını almalı, İrəvandakı hakimiyyətə “sadiq”liklərini sübut etməli idilər. Ermənistandakı mövcud hakimiyyəti narahat edən üç məsələ vardı:

1. Azərbaycandan Ermənistana könüllü köç etmiş qarabağlı ermənilərdən “humanitar-siyasi amil” qismində yararlanaraq Qərbdən, xüsusilə də ABŞ-dan, Kanadadan, Fransadan və Avropa İttifaqından mümkün qədər çox “yardım” qismində maliyyə vəsaiti almaq

2. Qarabağlı ermənilərin Ermənistanda sabiq prezidentlər Robert Köçəryan və Serj Sarqsyanın rəhbərlik etdikləri “qarabağlılar klanı”nın təsiri altına düşməsinə, onlardan Paşinyan hakimiyyətinə qarşı müxalif qüvvələrin yeni tərəfdarları qismində istifadə edilməsinə imkan verməmək

3. Xankəndidəki sabiq separatçı xuntanın rəhbəri Samvel Şahramanyanın qondarma rejimin buraxılması ilə bağlı bəyanatını dezavuasiya edərək qüvvədən düşmüş sayması barədə açıqlamasının Bakını necə qəzəbləndirdiyini, Azərbaycanın ərazi bütövlüyü, sərhəd toxunulmazlığı və suverenliyinə təhdid olaraq yeni hərbi əməliyyatlara səbəbə çevrilə biləcəyini anlayan Nikol Paşinyan təcili olaraq Şahramanyana susmaq əmri verdi. Beləcə, qarabağlı ermənilərin Ermənistanda “sürgündə olan hökumət və parlament” təsis etmək niyyətlərinin qarşısı alındı, məsələ sırf humanitar müstəvidə saxlandı ki, məqsəd ilk iki bənddə qeyd edilən səbəblərdir.

Fransanın Ermənistandakı səfiri isə bütün bunları qulaqardına vuraraq qarabağlı ermənilərlə bağlı “məsələ”ni gündəmdə saxlamağa çalışır. Bu azmış kimi, o, təbrikində Ermənistan vətəndaşlarını ümumiyyətlə, xatırlamır və bu insanların Cənubi Qafqazda geosiyasi məqsədlərini reallaşdırmağa çalışan rəsmi Parisin nəzərində sadəcə, vasitə olduğunu nəzərə çatdırır.

Təəccüblü heç nə yoxdur: Olivye Dekottinyi Fransa XİN-dən aldığı təlimatı yerinə yetirərək Azərbaycana qarşı yönəlmiş daha bir isterik aksiyanı həyata keçirib.

Fransanın bölgəmizdə yürütdyü siyasət belə mənəviyyatsız və absurd qərarlarla bəyanatlardan ibarətdir.

Halbuki, elementar məntiqə görə, Azərbaycandan Ermənistana yollanmış qarabağlı ermənilər Fransanı belə qayğılandırır və narahat edirsə, üstəlik onların problemlərinin həllində Paris İrəvandakı hakimiyyətə ümid etmirsə, nədən həmin şəxslərə Fransa pasportu verilmir və onların Fransaya miqrasiyası təşkil olunmur?

Ümumiyyətlə, Olivye Dekottinyi “maraqlı” dipolomatdır. Belə ki, o, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Ermənistanda 35 milyon avro (!) məbləğində viza satmaqda suçlanmışdı.

Bəlkə də elə bu səbəbdən Fransanın İrəvandakı səfiri Ermənistan vətəndaşlarını eyninə almayaraq qarabağlı erməniləri təbrik edib? Nə də olsa, Azərbaycandan Ermənistana yollanmış ermənilərin əksər hissəsinin orada çox qalmayacaqları və üçüncü ölkəyə mühacirət edəcəklərini təxminləmək çətin deyil.

Maraqlıdır ki, Fransa mediasındakı araşdırmalara rəsmi Paris heç bir reaksiya verməyib. Fransa XİN-ni isə Ermənistandakı səfirin korrupsiya qalmaqalında adının hallanmasını sanki rutin hadisə hesab edərək müsyö Olivyenin geri çağırılaraq məsuliyyətə cəlb olunması barədə ümumiyyətlə, düşünmür.

Parisiin maraqları fərqlidir və başqa müstəvilərdədir.

Ermənistanın “hamisi” obrazına yiyələnməyə çalışan Fransa prezidenti Emmanuel Makron erməni ordusunun qalıqlarının sürətlə silahlandırılması, Cənubi Qafqazda geosiyasi istinad mövqelərinin əldə edilməsi üçün İrəvandan alət qismində istifadə olunması və ən nəhayət, yekun sülh sazişinin imzalanması prosesində vasitəçilik etmək fikrinə düşərək mənfəət əldə edilməsini düşünür.

Fransa bölgəmiz üçün real gərginlik, eskalasiya, Bakı ilə İrəvan arasında ikitərəfli təmasların pozulmasına yönəlmiş proseslərin mənbəyinə çevrilib.

Emmanuel Makronun strategiyası ilk baxışdan Ermənistanın tam, hətta total dəstəklənməsinə yönəlsə də, məğlubiyyətə məhkumdur.

İndiyədək həmişə və hər yerdə olduğu kimi.


TREND