Parisin Qafqaz planı – Bu ölkələr müstəmləkəyə çevirilir?backend

Parisin Qafqaz planı – Bu ölkələr müstəmləkəyə çevirilir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər rəsmi Parisin Mərkəzi Asiyaya marağının artdığının şahidi oluruq. Belə ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev noyabrın 4-5-də dövlət səfəri ilə Fransaya səfər edəcək. Bu kimi səfərlərin Makronun Mərkəzi Asiyaya marağı çərçivəsində baş tutduğu bildirirlir.

Makronun hədəfi türk dövlətləri arasında nifaq salmaqdır?

Editor.az-a danışan politoloq Ramiz Alıyev deyib ki, Emmanuel Makron Cənubi Qafqazı, Mərkəzi Asiya ölkələrini hədəfə alıb:

“Fransa hökuməti Afrikada olan imkanlardan artıq yararlana bilmir. Çünki müstəmləkəsi olan ölkələrin hər birində Fransa hökumətinə, Makrona qarşı nifrət hisləri var. Ölkələr öz xalqlarını ayağa qaldıraraq Makron hökumətindən qurtulmağa çalışırlar. Fransa da Mərkəzi Asiya və Cənubi Qafqazda maraqlarını həyata keçirmək üçün müəyyən təxribatlara əl atır. Müstəmləkəsində olduğu ölkələrdə itirdiyi nüfuzunu bu ölkələrdə qazanmağa çalışır. Makron bilir ki, zaman türkün zamanıdır”.

Politoloqun sözlərinə görə, rəsmi Paris Cənubi Qafqazda müharibə ocaqlarının yaranmasında maraqlıdır:

“Bölgənin xilaskarı olmağa çalışır. Lakin bu mümkün olmayacaq. Çünki türk dövlətləri birlik yolunu seçiblər. Bununla da hərbi əməkdaşlıq, iqtisadi əlaqələrin inkişafı və s. istiqamətlərdə əməli addımlar atılır”.

//Gülnarə Abasova, Editor.az