Parkda sevgilisini öldürən sabiq polis qadına hökm oxundubackend

Parkda sevgilisini öldürən sabiq polis qadına hökm oxundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Günel Qasımovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Editor.az Trend-ə istinadən bildirir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə G.Qasımova 10 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2018-ci ilin oktyabr ayında Abşeron rayonunun Xırdalan şəhərində şəhər sakini, 27-ci məhəllə ev 2, mənzil 9 da yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqla qətlə yetirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin R.Hüseynovun sevgilisi Qasımova Günel Eldar qızı tərəfindən törədildiyi məlum olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Günel Qasımova sabiq polis əməkdaşı olub.