Parlament seçkilərindən sonra Mixail Saakaşvilinin partiyasına qarşı repessiyalar başlayacaqbackend

Parlament seçkilərindən sonra Mixail Saakaşvilinin partiyasına qarşı repessiyalar başlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın hakim partiyası “Gürcü Arzusu – Demokratik Gürcüstan” parlament seçkilərində qələbə qazanmaq şərti ilə gələcək planları ilə bağlı bəyanat verib.

“Siyasi sistemi əhəmiyyətli dərəcədə təkmilləşdirmək üçün konstitusiya çoxluğu əldə etməliyik və bu, Milli Hərəkatın siyasətindən ayrılmadan mümkün deyil. Konstitusiya çoxluğu əldə etdikdən sonra dərhal hüquqi prosesə başlayacağıq, bunun nəticəsində “Milli Hərəkat” və onun bütün peykləri və ya varisləri konstitusiyaya zidd elan ediləcək”, – “Gürcü arzusu” bildirib.

Xatırladaq ki, UNM partiyası Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili tərəfindən yaradılıb və bu gün ölkənin əsas müxalifət qüvvəsidir. Gürcüstanın hazırkı rəhbərliyi müxalifətin xarici himayədarlarının olduğuna əmindir. Hakim partiya da əmindir ki, Gürcüstanda “Milli Hərəkat”ın himayədarları “ikinci cəbhə” yaratmağa çalışırlar.

//Samir Qurbanov, Editor.az