Parlamentin sabiq spikerinin kürəkəni klinikasını satır – FOTObackend

Parlamentin sabiq spikerinin kürəkəni klinikasını satır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə parlamentinin sabiq spikeri İsmayıl Kahramanın kürəkəni Sinan Yıldırım klinikasını satışa çıxarıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Sinan Yıldırıma məxsus “Central Hospital” auksiona çıxarılıb. Hərracda ilkin qiymət 2 milyon lirə müəyyən edilib. Lakin satışın yekununda binanın qiymətinin qat-qat artacağı gözlənilir.

Qeyd edək ki, Yıldırım ailəsi FETÖ araşdırmalarına cəlb edilmiş biznesmenlərdəndir.