Partadan iş masasına – Təhsil nazirliyindən maraqlı layihəbackend

Partadan iş masasına – Təhsil nazirliyindən maraqlı layihə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

30 oktyabr 2021-ci il tarixində 82 nömrəli məktəbdə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V qrant müsabiqəsinin qalibi “Partadan iş masasına” adlı layihə çərçivəsində II görüş keçirildi.

Görüşdə, Azərbaycan Təhsil İnstitutundan ekspertlər, layihə müddətində 82 nömrəli məktəbin əməkdaşlıq etdiyi Strateji Araşdırma Qiymətləndirmə və İnkişaf Mərkəzinin nümayəndələri, məktəbin müəllim heyəti, valideynlər və məktəbin psixoloqu daxil olmaqla 200 nəfərə yaxın şəxs iştirak edirdi.

Tədbir layihənin gedişinə uyğun olaraq 9-cu və 10-cu sinifdə oxuyan şagirdlərin valideynlərinə layihənin əhəmiyyəti və keçiriləcək testlərin faydaları haqqında onları məlumatlandırmaq məqsədi daşıyırdı.

Xüsusən layihə üçün Türkiyənin Trabzon universitetindən dəvət edilmiş məşhur psixoloq, dosent.dr Mehmet Palancı valideynlərə doğru peşə seçiminin məktəb üçün, şagird üçün, valideyn üçün və bütünlüklə cəmiyyət üçün əhəmiyyətindən danışdı.

 

 

Mehmet Palancı bildirdi ki, bu layihənin məqsədi yeni təcrübələrlə karyera seçiminə kömək etməklə şagirdin ixtisas, ünsiyyət, bacarıq və peşə inkişafına təsirlərini göstərməkdir.

 

 

Sonda valideynləri, görüş iştirakçılarını maraqlandıran suallar cavablandırıldı və məktəbin psixoloqu, valideynlər layihəyə münasibətlərini bildirdilər.