“Bakının ən böyük problemi şəhərin bütün təsərrüfatının bir mərkəzdən idarə edilməməsidir”.
Bunu Ajans.az-a açıqlamasında şəhərdə yağışın yaratdığı fəsadlardan danışarkən “REAL” Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib. O qeyd edib ki, Bakıda ayrı-ayrı dövlət qurumları tərəfindən idarə edilməməlidir:
“Böyük şəhər bələdiyyəsi yoxdur, ayrı-ayrı strukturlar, dövlət idarələri var ki, onlar da səlahiyyət və məsuliyyət problemi yaşayırlar. Problem çoxdur, amma ən böyük problem budur. Böyük şəhər bələdiyyəsi yaradılmalıdır və Bakının bütün təsərrüfatı eyni mərkəzdən idarə olunmalıdır”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.