Partlayıcı maddələrin Avropadan Rusiyaya daxil olmasının qarşısı alınıbbackend

Partlayıcı maddələrin Avropadan Rusiyaya daxil olmasının qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya və İtaliyadan qaçaqmalçılıq yolu ilə partlayıcı maddələr və elektrik detonatorlarını terror hücumlarında istifadə etmək məqsədilə Rusiyaya keçirməyə cəhd edən qrupun aşkar edilərək qarşısı alındığı açıqlanıb.

Editor.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) bəyanatında deyilir. Bildirilib ki, Sankt-Peterburq şəhərində silsilə terror aktları həyata keçirmək məqsədilə ölkəyə qaçaqmalçılıq yolu ilə partlayıcı maddələr və elektrik detonatorları keçirməyə cəhd edən kanal aşkar edilərək qarşısı alınıb və bildirilib ki, “Terrorçuların maşınları yavaş-yavaş İtaliya və Almaniyadan poçtla bir neçə bağlamada daşınıb və avtomobil ehtiyat hissələrinin boşluqlarında gizlədilib.”

Açıqlamada planlaşdırılan təxribat və terror aktlarının təşkilatçıları və ortaqlarının müəyyən edilməsi üçün müvafiq Avropa kəşfiyyat orqanlarından məlumat istənildiyi və müraciətlərin bu günə qədər cavabsız qaldığı bildirilib.

//Gülnarə Abasova, Editor.az