Partlayışda yaralanan ana-balanın son durumu – Açıqlamabackend

Partlayışda yaralanan ana-balanın son durumu – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda partlayış hadisəsi baş verib.

Editor.az Report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu E.Süleymanov küçəsində qeydə alınıb.

Belə ki, çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərin birində qaz balonu partlayıb. Nəticədə ana və övladı xəsarət alıb.

İlkin məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib.

Nizami Rayon Prokurorluğundan bildirilib ki, çoxmərtəbəli binada baş verən partlayış nəticəsində iki nəfər şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hazırda araşdırma aparılır

***

Bakı şəhərinin Nizamı rayonunda baş verən partlayış zamanı xəsarət alan ana və övladının vəziyyəti açıqlanıb.

5 saylı Kliniki Xəstəxanasından (Nərimanov Tibb Mərkəzi) bildirilib ki, ana və övladının bədəninin 60 faizi yanıb:

““Partlama nəticəsində ana – Məmmədzadə Samirə Həsən qızı və övladı 2-ci dərəcəli yanıq diaqnozu (60 %) ilə xəstəxanaya yerləşdirilib. Mümkün bütün tədbirlər həyata keçirilir”.