Sumqayıtda baş verən partlayışda yaralanan kişi ölüb.
Editor.az Sumqayit24.az-a istinadla bildirir ki, 3 dekabr tarixində 13-cü mikrorayon bina 19-da baş verən partlayış zamanı xəsarət alan 47 yaşlı Ramin Əliyev vəfat edib.
Onun oğlu, 17 yaşlı Ayxan və qızı, 14 yaşlı Familənin müalicəsi davam etdirilir.