“Paşa Bank”ın mənfəəti kəskin azaldıbackend

“Paşa Bank”ın mənfəəti kəskin azaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşa Bank” 2024-cü il üzrə mənfəətini kəskin azaldıb. 

Yenisabah.az ilin 2-ci rübünün nəticələri üzrə hesabatına istinadən xəbər verir ki, 2024-cü ilin ilk yarısında “Paşa Bank”ın faiz gəlirləri 257 milyon manat, faiz xərcləri  86,7 milyon manat olub.

Bankın kredit potfelindən gəlirləri artsa da, qiymətli kağızlar üzrə faiz gəlirləri təqribən 10 milyon manat aşağı düşüb.

İlk yarım ildə bankın qeyri-faiz gəlirləri 146,2 milyon manat, qeyri-faiz xərcləri 189,5 milyon manat olub.

6 ayın yekununda bankın əməliyyat mənfəəti 124,2 milyon manat olub. Ötən illə müqayisədə bu məbləğ 15 milyon manat və ya 12% azalıb.

Bu il “Paşa Bank” mümkün zərərlərdən qorunmaq üçün əməliyyat mənfəətindən 9 milyon manat ayırmalı olub. Daha 23,5 milyon manat isə mənfəət vergisinə sərf edilib.

Nəticə etibarı ilə dövrün sonuna bankın xalis mənfəəti 91,6 milyon manat olub.

Qeyd edək ki, ötən il bu vaxtı bankın xalis mənfəəti 119 milyon manat idi. Bu il xalis mənfəət 27 milyon manat azalıb.

Yarım ilin yekunu üzrə bankın aktivləri  8 milyard 967 milyon manat, öhdəlikləri 8 milyard 13 milyon manat, cəmi kapitalı isə 954 milyon manat olub.