Paşinyan “3+3” formatı ilə bağlı mövqeyini açıqladıbackend

Paşinyan “3+3” formatı ilə bağlı mövqeyini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan “3+3” regional əməkdaşlıq formatı ilə bağlı mövqeyini bildirib.

Editor.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, parlamentdə danışan erməni baş nazirin sözlərinə görə, Ermənistan ilk növbədə, hansı konkret formatlardan söhbət getdiyini, həmin formatların hansı məqsədlə, hansı şəraitdə və hansı prinsiplərə əsasən işləyəcəyini anlamalıdır. Paşinyan aydınlaşmalı olan bir sıra digər başqa detalların olduğunu da bildirib.

Qeyd edək ki, “3+3” formatı Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyənin iştirakı ilə regional qarşılıqlı fəaliyyət mexanizminin yaradılmasını nəzərdə tutur.

Rusiya XİN rəhbəri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla keçirdiyi brifinqdə bildirmişdi ki, “3+3” formatının yaradılması təşəbbüsü ilə bağlı İranın mövqeyi müsbətdir. Eyni pozitivlik Azərbaycan və Türkiyədə də müşahidə olunur və hazırda Ermənistan tərəfi ilə iş aparılır.