Paşinyan 3 il vaxt istədi:” Azərbaycanla sülh müqaviləsinin imzalanmasında ona görə maraqlıdır ki…”-ŞƏRHbackend

Paşinyan 3 il vaxt istədi:” Azərbaycanla sülh müqaviləsinin imzalanmasında ona görə maraqlıdır ki…”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyan bu cür mesajları tək öz partiyadaşlarına deyil, həmçinin cəmiyyətə ünvanlayır ki, rəsmi İrəvan 3 il ərzində inkişaf etmək üçün qonşularla normal münasibət qurmalı və digər problemləri həll etməlidir”.

Bu fikirləri Editor.az-a hərbi ekspert Tərlan Eyvazov “Mülki müqavilə”nin mərkəzi ofisində partiya üzvləri ilə görüşündə Nikol Paşinyanın “Ermənistan 3 il dözərsə, qarşıdakı 200 il ərzində ona qarşı heç bir oyunun olmayacağı” ifadəsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, bundan əvvəlki çıxışlarında da Ermənistan baş naziri Nikol Paşinyan bu tip fikirlər səsləndirib:

“Bir çox hallarda bu fikirlər səsləndirildikdən sonra Paşinyan geri çəkilir. Çünki ciddi reaksiya və təzyiqlərə məruz qalır. Mütləq şəkildə Nikol Paşinyan istəyir ki, Azərbaycanla sülh müqaviləsi imzalansın. Bundan sonra isə yaranacaq sabitlik fonunda həm xaricdən, həm də daxildən investisiyaların gəlməsi təmin ediləcək, ölkənin inkişafı və ordunun tənzimlənməsi prosesi aparılacaq. Lakin düşünmürəm ki, 3 il ərzində Ermənistan görəcəyi “tədbirlər” nəticəsində Azərbaycanla müharibə fikrinə düşsün. Qəti şəkildə buna gedə bilməz “.

Hərbi ekspertin fikrincə, Azərbaycanın sülhəməcburetmə prosesinə başlamaq fikri var idi:

” Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulmasına Ermənistanın ciddi reaksiyası olmadı. Nisbətən sakit qarşıladılar. Hətta bizdən əvvəl öz ərazisində belə bir məntəqənin quraşdırılmasına başladı. Düşünürəm ki, hazırda Azərbaycan tərəfində elə bir əsas yoxdur ki, sülhəməcburetmə əməliyyatlarına başlasın. Hətta Zəngəzur dəhlizi ilə bağlı da müəyyən məqamlar var, danışıqlar gedir”.

//Safura Bənnayeva, Editor.az