Paşinyan atəşkəsin pozulması hallarının araşdırılması ilə bağlı mexanizm yaratmağı təklif etdibackend

Paşinyan atəşkəsin pozulması hallarının araşdırılması ilə bağlı mexanizm yaratmağı təklif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz Bakını sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm formalaşdırmaq üçün dəvət etməyə hazırıq”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Həqiqi vəziyyəti anlamaq, o cümlədən beynəlxalq ictimaiyyət üçün, düşünürəm ki, sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm formalaşdırmaq yaxşı fikir olardı. Mən belə bir təkliflə çıxış etməyə hazıram”, – deyə Paşinyan bildirib.

Xatırladaq ki, iyunun 13 və 14-də Ermənistan hərbçiləri tərəfindən Azərbaycan mövqeləri atəşə tutulub. Ermənistan Müdafiə Nazirliyi isə bunu təkzib edib.

Oxu.az