Paşinyan Azərbaycanla sərhəddə and içdibackend

Paşinyan Azərbaycanla sərhəddə and içdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərhədlərin delimitasiya və demarkasiyası prosesində Ermənistan ərazisinin bir millimetri də Azərbaycana verilməyib.

Editor.az  Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Tavuşda sərhədyanı kəndlərin sakinləri ilə görüşündə deyib.

Baş nazir sakinlərə 1976-cı ilin xəritəsini təqdim edib və demarkasiyanın bu əsasda aparıldığını söyləyib: “Bu, Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasında çəkilmiş sərhədi hüquqi cəhətdən əsaslandıran xəritədir”.

Paşinyan sakinlərə bildirib ki, Azərbaycana təhvil verilmiş dörd kənd həmin xəritədə Ermənistan ərazisi olaraq göstərilmir. Yəni Azərbaycana məxsusdur.

“And içirəm ki, Ermənistan ərazisinin bir millimetri belə verilməyib”, – ölkə rəhbəri vurğulayıb.