“Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasını istəyir, lakin…”- AÇIQLAMAbackend

“Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasını istəyir, lakin…”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nikol Paşinyanın hökumət iclasında səsləndirdiyi fikirlər ikili standartlara əsaslanan siyasət yürütdüyünü göstərir. Əslində isə Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasını və birdəfəlik Qarabağ probleminin həllini istəyir. Lakin Paşinyan erməni radikal qüvvələrin verəcəyi reaksiyalardan çəkinir”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib.

O, bildirib ki, Paşinyan bilərəkdən Azərbaycanla konfrantasiyaya gedir və bunun arxasında bir necə amil dayanır:

” O, erməni xalqına bir daha göstərməyə çalışır ki, Azərbaycanla sülh müqaviləsi imzalanmasa, bu Ermənistana daha baha başa gələcək. Eyni zamanda heçkəsə sirr deyil ki, Paşinyan hər zaman qərbyönümlü siyasətçi olub. Qərbdən dəstəkləndiyi qüvvələrə hesabat vermək üçün Rusiyanı sıxışdırıb Cənubi Qafqazdan çıxartmalı, Ermənistan üzərində təsir gücünü azaltmalıdır. Buna görə qərbin tapşırıqlarını yerinə yetirərək Azərbaycanla konfrantasiyaya gedir. Bu konfrantasiyanın nəticəsində Ermənistanın növbəti məğlubiyyəti baş tuta bilər. Lakin Nikol Paşinyan bunu gözə alaraq Rusiyanı proseslərdən kənar saxlamaq istəyir. Paşinyanın gedişləri onun özünə məxsus deyil. Ona görə də onun bəyanatlarının Ermənistandakı müxtəlif siyasi qüvvələrə fərqli təsirləri var”.

//Gülnarə Abasova, Editor.az