Paşinyan: Bakı ilə sülh sazişində 13 maddə və ön söz razılaşdırılıbbackend

Paşinyan: Bakı ilə sülh sazişində 13 maddə və ön söz razılaşdırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan və Azərbaycan sülh sazişi layihəsində 13 müddəa və ön sözü razılaşdırmağı bacarıb, Ermənistan hakimiyyəti artıq razılaşdırılmış bəndlərin imzalanmasını təklif edir.

Editor.az  APA-ya istinadən bildirir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan təklifini “Yerevan Dialogue” beynəlxalq forumundakı çıxışı zamanı bildirib.

“Sülh sazişi layihəsinin 13 müddəa və ön sözü tam razılaşdırılıb, 3 maddə qismən razılaşdırılıb, onlar təqribən iki təklifdən ibarətdir. Biz razılaşdırılmış müddəaları ən qısa zamanda imzalamağı təklif edirik”, – Paşinyan qeyd edib.

Baş nazir əlavə edib ki, Cənubi Qafqazda sülh nəinki mümkündür, həm də realdır.