PAŞİNYAN BU DƏFƏ NATO-nu “KÖMƏYƏ” ÇAĞIRIR – Rusiyanın səbrini sınamaqda davam edir…backend

PAŞİNYAN BU DƏFƏ NATO-nu “KÖMƏYƏ” ÇAĞIRIR – Rusiyanın səbrini sınamaqda davam edir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş nazir Nikol Paşinyan NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi təyinatlı Xavyer Kolominanı qəbul edib.

Görüşdə Ermənistan-NATO əməkdaşlığı, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı müzakirələr aparılıb. Qeyd olunur ki, Ermənistanın Baş naziri Cənubi Qafqazda hazırkı siyasi vəziyyətdən, İrəvanla Bakıarasında münasibətlərin normallaşma prosesindən, yenin situasiyada təhlükəsizlik problemlərindən danışıb.

Paşinyan yenə ermənilik edərək Azərbaycan əleyhinə şər-böhtan siyasətini davam  etdirib.  O, növbəti dəfə  həyasızlıq edərək NATO rəsmisinə Azərbaycan Prezidentinin son çıxışından şikayətlənib və guya, dərindən narahat olduğunu iddia edib. O, bu kontekstdə NATO-nun Cənubi Qafqazda sabitlik və təhlükəsizliyə yönəlmiş addımlar atmasının vacibliyini vurğulayıb.

Qeyd edək kİ. Paşinyan bununla bir daha nə qədər ikiüzlü olduğunu göstərib. Bir tərəfdən Moskvadan yeni silahlasr alır, digər tərəfdən NATO ilə əməkdaşlıqdan danışır.

Əlbəttə, eyni vaxtda iki “qucaqda oturmaq” siyasəti nə Paşinyan, nə də Ermənistan  üçün heç də yaxşı gələcək vəd etmir

Xatırladaq ki, Ermənistanın hazırkı hərbi-siyasi müttəfiqi Rusiya dəfələrlə Paşinyan hökumətinə xəbərdarlıq edərək onu Qərb təşkilatları ilə münasibətlərdə “ehtiyatlı” olmağa çağırıb. Moskva açıq bildirib  ki, rəsmi İrəvanın ABŞ, Avropa İttifaqı və NATO ilə münasibətləri inkişaf etdirmək cəhdləri bölgədə təhlükəsizliyə ciddi zərbə vurur. Sonuncu dəfə belə bir xəbərdarlıqla xarici işlər naziri Sergey Lavrov çıxış edib. O, bəyan edib ki, Ermənistan rəhbərliyi Qərb ölkələrinin məsləhəti ilə 10 noyabr üçtərəfli bəyanatının icrasına mane olub və bu da bölgədə normallaşma prosesini dalana dirəyib.

Dünən isə Rusiyanın Ermənistandakı səfiri S.Kopırkin Moskvanın bu ölkədəki hərbi bazalarının çıxarılması barədə spekulyasiyalara sərt reaksiya verərək, İrəvana bunu “ağlından da keçirməmək” barədə xəbərdarlıq edib.

Bütün bunlara rəğmən, Paşinyanın NATO rəsmisi ilə görüşdə yenə yalanlarını davam etdirməsi, “Azərbaycanın artan təzyiqini” bəhanə edərək,  hərbi ittifaqdan “kömək” istəməsi onun növbəti dəfə sülh danışıqlarında qeyri-səmimi olduğunu göstərməsi ilə  yanaşı, Rusiyanın da “qırmızı cizgilərini” aşmasına səbəb ola bilər.

Belə görünür,  çağırış, xəbərdarlıqla “yola gəlmək” istəməyən , ikiüzlü siyasətini davam etdirməkdə israrlı olan,  Fransanın dəstəyinə ümid edərək sülh danışıqlarından yayınmağa çalışan Paşinyan hökumətini daha real təzyiq rıçaqları vasitəsi ilə “başa salamaq” lazım gələcək. Hər halda bunun üçün Rusiyanın əlində çoxlu sayda alətlər var…

“AzPolitika.info”