“Paşinyan bu fikirləri ilə Ermənistan cəmiyyətinə  mesaj verir ki, iki yoldan biri seçilməlidir”- Oqtay Qasımovbackend

“Paşinyan bu fikirləri ilə Ermənistan cəmiyyətinə  mesaj verir ki, iki yoldan biri seçilməlidir”- Oqtay Qasımov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan baş naziri Nikol Paşinyanın dünən Ölkə Parlamentindəki çıxışları diqqətçəkicidir. Belə ki, erməni baş nazir əslində erməni cəmiyyətinə əsl reallığı və ümumiyyətlə regionda sülhə mane olan əsas problemi səsləndirib”.

Bu fikirləri politoloq Oqtay Qasımov Editor.az-a dünən Ermənistan Baş naziri Nikol Paşinyanın növbəti dəfə Konstitusiyaya dəyişikliyi ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Paşinyan bu fikirləri ilə Ermənistan cəmiyyətinə  mesaj verir ki, iki yoldan biri seçilməlidir:

“Ya Ermənistanın hazırki Konstitusiyası dəyişməli və yalnız bundan sonra sülh əldə olunmalı, ya da mövcud ölkə Konstitusiyası  dəyişmədən Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları davam etdirilməlidir. Məlumdur ki, ikinci variant Ermənistan dövlətinin gələcəyi üçün ciddi problemlər yarada bilər. Bu baxımdan hazırda erməni cəmiyyətində müzakirə olunan əsas mövzu Konstitusiyanın dəyişdirilməsi ilə bağlıdır. Ermənistan xalqı bu reallıqlarla üzləşib doğru qərar verməlidir. Yəni, Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı olan ərazi iddiaları, o cümlədən, Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı tezislər yığışdırılmalıdır. Əks təqdirdə regionda sülh olmayacaq, bundan da ən çox zərəri Ermənistan çəkəcək”.

//Gülnarə Abasova, Editor.az