Paşinyan buna görə təxribatçı AÇIQLAMALAR verməkdə davam edirbackend

Paşinyan buna görə təxribatçı AÇIQLAMALAR verməkdə davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan daim Ermənistanla sülhə sadiq olduğunu bildirib. Ölkəmiz tərəfindən irəli sürülən 5 maddəlik sülh təklifi Ermənistan tərəfindən hələ ki pozitiv qiymətləndirilir. Düşünürəm ki, Rəsmi İrəvanın Ankara və Bakı ilə münasibətləri normallaşdırmağı, Azərbaycanla sülh kontekstində danışıqlar aparmağı Cənubi Qafqaz regionunda Ermənistandan təsir vasitəsi kimi istifadə edən xarici gücləri narahat edir”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

Siyasi analitik hesab edir ki, Rusiya  Ermənistanın Azərbaycanla yüksək perspektivdə  birbaşa sülh danışıqları aparmağını həzm edə bilmir:

“Bu konteksdə ölkə  daxilində Paşinyana qarşı müxalifətin aksiyaları daim tətiklənir. Paşinyan ona qarşı olan bu ciddi təzyiqlər fonunda  daxili auditoriyadakı revanşist əhval-ruhiyyənin təsirləri ilə bəzən belə təxribatçı açıqlamalar verir. Lakin 44 günlük Vətən müharibəsində qazandığımız qələbədən sonra Azərbaycan Cənubi Qafqazda əsas şərtləri diktə edən ölkədir. Bu baxımdan Ermənistanın Azərbaycanın şərtlərini qəbul etməkdən başqa heç bir yolu yoxdur. Əks təqdirdə hesab edirəm ki, cənab Prezidentin də vurğuladığı kimi Ermənistan ikinci dəfə “dəmir yumruğ”u öz üzərində hiss edəcək. Bundan sonra isə Ermənistanın dövlətçilik sütunlarının mövcudluğu böyük şübhə altına düşə bilər. Bu baxımdan Ermənistandakı müxalif əhval-ruhiyyə, revanşistlərin, faşist “Daşnaksütun”nun aksiyaları  Nikol Paşinyanın özünün sülhə yönəlik təxribatçı bəyanatları daxili auditoriyaya və milliyətçi əhval-ruhiyyəyə hesablanmış açıqlamalardır. Azərbaycanın diktə etdiyi şərtlər Ermənistan tərəfindən əvvəl-axır zorla da olsa qəbul olunacaq”.

//Gülnarə Abasova, Editor.az