“Paşinyan bunu etsə, müharibə başlayacaq” – Ovannisyandan ŞOK AÇIQLAMAbackend

“Paşinyan bunu etsə, müharibə başlayacaq” – Ovannisyandan ŞOK AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın 9 (10) noyabr sənədindən imtina etməsi Azərbaycana yeni müharibəyə başlamaq üçün əsas verəcək”.

Editor.az  Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni politoloq Vahe Ovannisyan deyib.

O bildirib ki, Ermənistan noyabrın 9-da imzaladığı sənədi geri götürsə, bu, Azərbaycanın hərbi əməliyyatlara başlaması üçün birbaşa legitim hüquqa çevriləcək.

“Ermənistan öz imzasını geri çəkərsə, Azərbaycanın ruslara və regional oyunçulara “Mənim məsələni hərbi yolla həll etməyə qanuni haqqım var” deməsi ilə nəticələnə bilər. Çünki Paşinyan öz imzasına hörmət etmir”, – deyə Ovannisyan vurğulayıb.