Paşinyan bunu qəsdən edir: “Vaxt uzandıqca şərtlər də, dünya güclərinin mövqeləri də dəyişir”backend

Paşinyan bunu qəsdən edir: “Vaxt uzandıqca şərtlər də, dünya güclərinin mövqeləri də dəyişir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyan əslində sadəcə vaxt udmağa çalışır. Çünki onlar sülh müqaviləsini imzalamaq istəmirlər. Ermənilərə görə, Azərbaycanın irəli sürdüyü təkliflər Ermənistanın maraqlarına uyğun deyil. Paşinyan iqtidarı Azərbaycan şərtlərini qəbul edib sülh müqaviləsi imzalasa bu o deməkdir ki, Ermənistan cəmiyyətində Paşinyan satqın kimi qalacaq”.

Bu fikirləri Editor.az-a açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı bildirib.

Onun sözlərinə görə, Paşinyan bunu istəmədiyi üçün vaxtı uzadır: “Vaxt uzandıqca şərtlər də, dünya güclərinin mövqeləri də dəyişir. Ermənistan özü üçün yaranacaq münbit şəraiti gözləyir. İstər Fransa, istərsə də Rusiya qismən də olsa Amerika bu məsələlərdə birmənalı olaraq Ermənistanı dəstəkləyir. Rəsmi İrəvan da buna arxayın olaraq vaxtı uzadır”.

Tural Abbaslının fikrincə, ermənilər məğlub tərəfdir və onlar sülh müqaviləsinin imzalanmasında daha maraqlı olmalıdırlar: “Biz qalib tərəf kimi konkret vaxt müəyyən etməliyik ki, əgər sülh müqaviləsi imzalanmasa, ərazi təhlükəsizliyini təmin etmək üçün Azərbaycan bütün hüquqlara malikdir. Ermənilər daha çox beynəlxalq güclərə güvənirlər. Azərbaycanın da güvənəcəyi Türkiyə, Pakistan kimi güclü dövlətlər var. Ermənistan bir dildən anlayır, o da güc dilidir. Biz ərazilərimizin uzun müddət erməni terrorçularının yuvasına çevrilməsinə göz yuma bilmərik. Azərbaycanın tez bir zamanda Xankəndi, Xocalı, Xocavənd ərazilərində irimiqyaslı və sürətli anriterror əməliyyatını keçirməsinin tərəfdarıyam. Çünki bu baş verməsə, ərazilərimizin və əhalimizin təhlükəsizliyini təmin edə bilməyəcəyik”.

//Safura Bənnayeva, Editor.az